Kipr Sülh Hərəkatının 48-ci ildönümü qeyd edilir

Şimali Kipr Türk Respublikasında Sülh Hərəkatının 48-ci ildönümü qeyd edir. Əlamətdar tarix münasibətilə tədbirlər Lefkoşadakı Atatürkün Abidəsinə əklil qoyularaq başlayıb.

1857432
Kipr Sülh Hərəkatının 48-ci ildönümü qeyd edilir

Mərasimdə KKTC prezidenti Ersin Tatar və Türkiyənin vitse-prezidenti Fuat Oktay iştirak edib. Əvvəlcə bir dəqiqəlik sükutla yad edilib, daha sonra Şimali Kipr Türk Respublikasının dövlət himni səsləndirilib.

Şimali Kipr Türk Respublikası Prezidenti və Türkiyənin vitse-prezidenti kompleksdə açılan Xatirə kitabına ürək sözlərini yazıblar. Daha  sonra prezident Ersin Tatar və Fuat Oktay çıxış edib.

Prezident Ersin Tatar çıxışında: “Vurğulamaq istərdim ki, ədalət və azadlıq uğrunda mübarizəmizi beynəlxalq aləmdə qələbəyə çatdırana qədər qətiyyətlə davam etdirəcəyik. Biz heç vaxt dövlətimizdən, müstəqilliyimizdən, suverenliyimizdən əl çəkməyəcəyik”.

Fuat Oktay da öz növbəsində: “Türkiyə qarant ölkə olaraq Kiprdə türklərin suveren hüquqlarının, azadlıqlarının və rifahının keşiyində durmağa davam edəcək, tarixi və müqavilə öhdəliklərini yerinə yetirəcək”.

Qeyd edək ki, Kıbrısda Barış Hərəkatı 1974-cü il iyulun 20-də havadan enişlə başlayıb.

 



Әlaqәli Xәbәrlәr