Buna görə Rusiya prezidenti türkiyəli həmkarına təşəkkür etdi

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri iki dövlət başçısının ilk təkbətək görüşü Tehran Beynəlxalq Konfrans Salonunda baş tutub

1856975
Buna görə Rusiya prezidenti türkiyəli həmkarına təşəkkür etdi

 

  Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Rusiya-Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşlərindən alacağımız nəticə bütün dünyaya müsbət təsir edəcək” - deyib.

  İyulun 19-u axşam saatlarında Astana formatında İranın paytaxtı Tehranda keçirilən Üçtərəfli Zirvə Toplantısı çərçivəsində Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri iki dövlət başçısının ilk təkbətək görüşü Tehran Beynəlxalq Konfrans Salonunda baş tutub.

  Üz-üzə görüşmədikləri aylar boyu Rusiya ilə diplomatiyanı telefonla davam etdirdiklərini xatırladan Ərdoğan bunları söyləyib: “Astana formatında yenidən bir araya gəlmək böyük üstünlükdür. Rusiyanın vasitəçilik yanaşması yaxşı istiqamətdə davam edir. Martda keçirilən İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin yanaşması təqdirəlayiqdir. Buradan alacağımız nəticə bütün dünyaya müsbət təsir edəcək".

  Rusiya prezidenti Vladimir Putin isə öz növbəsindəki çıxışında Türkiyənin Qara dəniz vasitəsilə taxıl ixracı və ərzaq məsələlərində vasitəçilik səylərinə münasibət bildirərək türkiyəli həmkarına deyib: “Vasitəçilik səyləriniz, Türkiyədə ərzaq məsələləri və Qara dəniz vasitəsilə taxıl ixracı ilə bağlı danışıqlara görə platforma təmin etdiyiniz üçün təşəkkür edirik”.



Әlaqәli Xәbәrlәr