Türkiyә vә Ermәnistan xüsusi nümayandәlәrinin növbәti görüşü iyulun 1-dә keçirilәcәk

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də baş tutacaq.

1849053

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Mәlumata görә, görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Qeyd edәk ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ilk dәfә yanvarın 14-dә Rusiyanın paytaxtı Moskvada görüşmüşdü. Bu görüşdə Ermənistan və Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpası ilә bağlı qәrar qәbul edilib.

Tәrәflәr arasında ikinci görüş fevralın 24-dә, üçüncü görüş isә mayın 3-dә baş tutmuşdu.

Xarırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumuna qatılmışdı.

Әlaqәli Xәbәrlәr