Hulusi Akar Ben Uolleslə görüşüb

Milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada rəsmi səfərdə olan İngiltərənin müdafiə naziri Ben Uolleslə görüşüb.

1847552
Hulusi Akar Ben Uolleslə görüşüb

Milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada rəsmi səfərdə olan İngiltərənin müdafiə naziri Ben Uolleslə görüşüb.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir Akar Uollesi hərbi mərasimlə qarşılayıb.

Əvvəlcə Akar və Uolles təkbətək görüşüb, daha sonra nümayəndə heyətləri arasındakı görüşlərə sədrlik ediblər.

Ukrayna başda olmaqla regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq mövzularında fikir mübadiləsinin aparıldığı görüşdə nazir Akar Türkiyə ilə İngiltərə arasındakı əlaqələrin bütün sahələrdə strateji tərəfdaşlıq əsasında davam etdiyini bildirib.

Müdafiə sənayesində əməkdaşlıq üçün ixrac lisenziya məhdudiyyətlərinin aradan qaldırılması ilə əldə edilən sürəti vurğulayan Akar terrorla mübarizədə xüsusilə PKK/YPG, DEAŞ və FETÖ kimi təşkilatlarla əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Akar həmçinin Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə verilən dəstəklə bölgədə sülh və sabitliyin bərpası üçün yaxın zamanda atəşkəs elan edilməsinin vacibliyini bildirib, taxıl probleminin həlli istiqamətində səylərin koordinasıyalı şəkildə davam etdiyini vurğulayıb.

Görüşdə hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyətlərinin davam etdirilməsi ilə bağlı razılıq da ifadə olunub.



Әlaqәli Xәbәrlәr