Mövlud Çavuşoğlu vә Liz Truss birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Qara dənizdə taxıl dəhlizinin yaradılmasında konstruktiv rol oynadığını bildirib.

1847316
Mövlud Çavuşoğlu vә Liz Truss birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Qara dənizdə taxıl dəhlizinin yaradılmasında konstruktiv rol oynadığını bildirib.

Mövlud Çavuşoğlu Ankaraya rәsmi sәfәr edәn Böyük Britaniyanın xarici işlər naziri Lizz Truss ilə görüşdükdən sonra birgə mətbuat konfransı tәşkil edib.

Mövlud Çavuşoğlu taxıl dәhlizi ilә bağlı deyib: "Türkiyə  Qara dənizdə taxıl dəhlizinin yaradılmasında konstruktiv rol oynayır. Rusiyadan İstanbulda keçirilməsi planlaşdırılan görüşə bağlı müsbәt cavab gözləyirik’’ .’’ .

Ukrayna taxılının və ya hər hansı bir məhsulun Rusiya və ya digər ölkələr tərəfindən qanunsuz olaraq alqı-satqısına qarşı olduqlarını vurğulayan Mövlud Çavuşoğlu deyib: ‘‘Türkiyə olaraq bunun bizə gəlməsinə icazə verməyəcəyik”.

“Əgər razılıq әldә olunarsa İstanbulda nəzarət mərkəzi və Ukrayna ərazi sularından bir qədər kənarda təhlükəsiz zona yaradılacaq”,-deyә Mövlud Çavuşoğlu vurğulayıb.

İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətinə də toxunan Mövlud Çavuşoğlu deyib:  "Yalnız üzvlük üçün müraciət edənlərin deyil, hər kəsin təhlükəsizliklә bağlı narahatlıqları müzakirә edilmәlidir. Türkiyәnin tәhlükәsizliklә bağlı narahatlıqları nәzәrә alınmalıdır’’.

" İsveç vә Finlandiya müttəfiq olmaq istəyirsə  NATO daxilində təhlükəsizliklə bağlı narahatlıqlara cavab verməlidirlər. Xüsusilə 29-30 iyunda  keçirilәcәk NATO sammitində terrorizmə diqqət yetirəcək sessiyanın keçirilmәsi әhәmiyyәt kәsb edir’’,-deyә Türkiyәnin xarici işlәr naziri qeyd edib.

Böyük Britaniya naziri Truss da öz növbәsindә bildirib ki, taxıl problemi gələn ay həll olunmasa bu ciddi aclığa səbəb olacaq.

 



Әlaqәli Xәbәrlәr