Prezident Ərdoğan və Kaja Kallas telefonla danışıblar

Prezident Rəcəb Tayyib Ərdoğan Estoniyanın Baş naziri Kaja Kallas ilə görüşüb.

1846429
Prezident Ərdoğan və Kaja Kallas telefonla danışıblar

Prezident Rəcəb Tayyib Ərdoğan Estoniyanın Baş naziri Kaja Kallas ilə görüşüb.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi Ərdoğanın Kallas ilə telefon danışığı apardığını açıqlayıb.

Telefon danışığında regional məsələlər, o cümlədən Türkiyə-Estoniya münasibətləri, Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Ukrayna və Rusiyanı danışıqlara qayıtmağa təşviq etdiklərini, humanitar sahədə müharibənin mənfi təsirlərini azaltmaq cəhdlərini davam etdirdiklərini bildirib.

Prezident Ərdoğan Ukrayna taxılının Qara dəniz üzərindən ixracı üçün Birləşmiş Millətlər Təşkilatı ilə birgə səy göstərdiklərini və bunun qlobal ərzaq böhranının qarşısının alınmasında amil olacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr