İstanbulda D-8 İnvestisiya Forumu keçirilәcәk

Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya vә Pakistanın üzv olduğu  İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 25 illiyi münasibətilə sabah İstanbulda “D-8 İnvestisiya Forumu” keçiriləcək.

1843624

Türkiyə Palatalar və Birjalar Birliyindən (TOBB) verilən məlumata görə, forum D-8 Katibliyi və TOBB ilə əməkdaşlıq çərçivəsində yerli vaxtla  saat 11:00-da keçiriləcək.

Mәlumata görә, Türkiyәnin ticarət naziri Mehmet Muş, TOBB sədri Rifat Hisarcıklıoğlu, Nigeriya xarici işlər naziri Zubairu Dada, Pakistanın İnvestisiya Şurasının Federal naziri Chaudhry Salik Hussain və D-8 Baş katibi səfir Isiaka Abdulqadir İmam iclasda açılış nitqi ilә çıxış edәcәklәr.

İclasda D-8-ә üzv ölkələrin investisiya agentlikləri ilә  ticarət və sənaye palatalarının nümayəndələri iştirak edəcəklәr.

Әlaqәli Xәbәrlәr