“Hazırda Türkiyə üçün prioritet Qara dənizdə qaz hasılatıdır”, F.Dönmez

Bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz məlumat verib

1843291
“Hazırda Türkiyə üçün prioritet Qara dənizdə qaz hasılatıdır”, F.Dönmez

 

  "Türkiyə Şərqi Aralıq dənizində təbii qaz yataqlarının kəşfiyyatını bərpa edəcək. Hazırda isə rəsmi Ankara üçün prioritet Qara dənizdə qaz hasilatıdır", bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz məlumat verib. Onun sözlərinə görə, Qara dənizdəki yataqlardan qaz hasilatı xarici asılılığı azaltmaq məqsədi daşıyır.

  “Hazırda Türkiyənin xaricdən təbii qaz asılılığı 99 faizdir”, - deyə Fatih Dönməz bildirib.

  Nazir qeyd edib ki, Türkiyənin Aralıq dənizindəki müstəsna iqtisadi zonasında hasil olunacaq qaz digər ölkələrlə birgə Avropaya da tədarük edilə bilər. Türkiyə hakimiyyəti bunun üçün İsraillə danışıqlar aparmaq niyyətindədir.

  “Dünya sürətlə yeni enerji böhranına doğru irəliləyir. Bir sıra ölkələrə tətbiq edilən sanksiyalar neft və qazın bahalaşmasına səbəb olub. Buna görə Avropa yeni enerji mənbələri axtarır. Biz bu məsələ ətrafında müzakirələr və mümkün razılaşmalar üçün perspektivin olduğunu görürük”, - deyə Fatih Dönmez əlavə edib.

  Qeyd edək ki, Türkiyə iyunun 13-də Qara dənizin dibi ilə Sakariya yatağına 170 kilometrlik qaz kəmərinin çəkilişinə başlayıb. Mərasimdə çıxış edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin birinci rübündə təbii qazın istehlakçılara çatdırılacağını bildirib.

  Xatırladaq ki, 2020-ci ildə Türkiyə hökuməti Qara dənizdə 540 milyard kubmetr həcmində proqnozlaşdırılan qaz ehtiyatının kəşf olunduğu elan edib. Onların ən böyüyü olan “Sakarya” yatağında ehtiyatların həcminin 400 milyard kubmetri keçdiyi bildirilir. Türkiyə bu yataqdan qaz hasilatı üzrə layihəyə təxminən 10 milyard dollar sərmayə qoymağı planlaşdırır.



Әlaqәli Xәbәrlәr