"Müvafiq qurumlarımız bütün lazımi təhlükəsizlik tədbirlərini görür", T. Bilgiç

Xarici İşlər Nazirliyinin sözçüsü səfir Tanju Bilgiç son günlər bəzi ölkələrin Türkiyə vətəndaşlarına səyahət xəbərdarlığı məsələsi ilə bağlı suala cavab verib.

1842991
"Müvafiq qurumlarımız bütün lazımi təhlükəsizlik tədbirlərini görür", T. Bilgiç

"Türkiyə terrorla mübarizə ilə bağlı əməkdaşıq mexanizmləri çərçivəsində  istənilən bütün tədbirləri görüb".

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü səfir Tanju Bilgiç son günlər bəzi ölkələrin Türkiyə vətəndaşlarına səyahət xəbərdarlığı məsələsi ilə bağlı suala verdiyi cavabında deyib.
"Qeyd olunan xəbərdarlıqların müxtəlif beynəlxalq hadisələr və motivlərlə əlaqəli olduğu düşünülür. Əslində terrorla mübarizə ilə bağlı əməkdaşlıq mexanizmlərimiz çərçivəsində müvafiq qurumlarımız tərəfindən bütün lazımi təhlükəsizlik tədbirləri görülür",-deyə Tanju Bilgiç qeyd edib. 

Türkiyənin təhlükəsiz ölkə olduğunu və daxili və sərhədyanı əməliyyatlarla terrorla ən təsirli şəkildə mübarizə apardığını vurğulayan Bilgiç bu sahədə əldə edilən uğurlu nəticələrin açıq şəkildə göründüyünü bildirib.

Tanju Bilgiç onu da deyib ki,  bu kontekstdə ölkəmiz terror təşkilatları arasında heç bir fərq qoymadan terrora qarşı mübarizəni davam etdirdiqdə beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə də öz töhfəsini verir. Əslində bu məsələ beynəlxalq ictimaiyyət tərəfindən də məlumdur və alqışlanır".



Әlaqәli Xәbәrlәr