Afrindən Türkiyə ərazilərinə sızmağa çalışan bir qrup terrorçu tutulub

Suriyanın Afrin bölgəsindən Türkiyə ərazilərinə daxil olmağa cəhd edən separatçı terror təşkilatı PKK üzvü bir qrup terrorçu tutulub.

1843104
Afrindən Türkiyə ərazilərinə sızmağa çalışan bir qrup terrorçu tutulub

TRT xəbər verir ki, bu barədə Daxili işlər naziri Süleyman Soylu məlumat yayıb.

Süleyman Soylu Jandarmın yaranmasının 183-cü ildönümü münasibətilə jandarm heyətini ofisində qəbulu zamanı : “Hazırda dostlarımız Afrindən Hataydakı dağlara sızmağa cəhd edən terrorçuları silahları ilə birlikdə ələ keçiriblər. Bu da göstərir ki, Türkiyənin jandarm və polis qüvvələrinin olmaması halında Afrində təhlükəsizliyin təmini mümkün olmaz. Eləcə terrorçuların Türkiyə ərazilərinə sızma cəhdlərinin qarşısı da alına bilməz”-deyə Soylu vurğulayıb.



Әlaqәli Xәbәrlәr