Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi çərçivəsində iyunun 8-də daha 10 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

1840084
Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi çərçivəsində iyunun 8-də daha 10 PKK/YPG terrorçusu zərərsizləşdirilib. 

Suriyanın şimalında bölücü terror təşkilatı PKK/YPG üzvü olan 3 terrorçu zərərsizləşdirilib.

Bu barədə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Məlumatda "Hücuma hazırlaşan terrorçuları aşkarlandıqları yerdə zərərsizləşdirməyə davam edirik. "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücuma hazırlaşdıqları aşkarlanan 3 PKK/YPG terrorçusu atəşə dəstək maşınları ilə zərərsizləşdirilib" deyilib.

İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində də aşkarlanan 7 PKK terrorçusu zərərsizləşdirilib.

Nazirliyin “Twitter” hesabında yayılan açıqlamada "Terror yuvalarını mühasirəyə almağa davam edirik! İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarlanan daha 7 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib" ifadələrindən istifadə olunub.



Әlaqәli Xәbәrlәr