Türkiyə Almaniyanın verdiyi əsassız bəyanatları kəskin şəkildə qınayıb

Tanju Bilgiç Almaniya hökumət sözçüsünün müavini Volfqanq Büxnerin Türkiyə əleyhinə açıqlamaları ilə bağlı suala yazılı cavab verib.

1836282
Türkiyə Almaniyanın verdiyi əsassız bəyanatları kəskin şəkildə qınayıb

Türkiyə Almaniyanın verdiyi əsassız bəyanatları kəskin şəkildə qınayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü səfir Tanju Bilgiç "Almaniyanın Yunanıstanın təxribat tələsinə düşməsi və ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirak etməsi qəbuledilməzdir” deyərək, Almaniyanın Türkiyəyə qarşı səsləndirdiyi əsassız bəyanatları qətiyyətlə pislədiklərini və rədd etdiklərini bildirib.

Tanju Bilgiç Almaniya hökumət sözçüsünün müavini Volfqanq Büxnerin Türkiyə əleyhinə açıqlamaları ilə bağlı suala yazılı cavab verib.

"Yunanıstan dünyada su sahəsindən daha geniş hava məkanına sahib olduğunu iddia edən yeganə ölkədir. Bu qanunsuz iddiaya əsaslanaraq 6-10 mil məsafədəki beynəlxalq hava məkanında reallaşan uçuşlara “Yunanıstanın hava məkanının pozulması" kimi baxılması ehtiyatsızlıqdır", deyə T.Bilgiç vurğulayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü onu da deyib ki, Yunanıstanın Türkiyənin hava məkanını pozmasına, NATO müttəfiqlərinə məhəl qoymamasına, ölkəmizin hava məkanında və beynəlxalq hava məkanında təyyarələrimizə təcavüz etməsinə qarşı suverenliyimizi müdafiə etməyə davam edəcəyik. Qonşusunun suverenliyini, regional təhlükəsizliyi və sabitliyi təhdid edən biri varsa, o, əslində Yunanıstandır. Nəticədə Yunanıstan 1923 Lozanna və 1947 Paris Sülh Müqavilələrinə zidd olaraq ölkəmizə yaxın adaları silahlandırır. Ayrıca Egeydəki ərazi sularını birtərəfli qaydada genişləndirə bilməsi kimi qeyri-qanuni və qeyri-bərabər mövqeyini qoruyur. Türkiyənin heç kimin torpağında gözü yoxdur. Bununla belə, Yunanıstan tərəfindən tərksilahla bağlı beynəlxalq müqavilələrin çox aydın müddəalarını pozaraq, xalqımızın təhlükəsizliyinin təhdid edilməsinə imkan verməyimiz gözlənilməməlidir. Biz Almaniyadan müttəfiqlik ruhuna uyğun gəlməyən qərəzli bəyanatlar verməkdənsə, Yunanıstanı beynəlxalq razılaşmalara uyğun hərəkət etməyə dəvət etməsini gözləyirik.

Xatırladaq ki, Almaniya hökumət sözçüsünün müavini Büxner Türkiyənin Yunanıstanın hava məkanını pozduğunu iddia edib.



Әlaqәli Xәbәrlәr