Rәcәb Tayyib Әrdoğan Şahbaz Şәriflә görüşüb

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Pakistan Baş naziri Şahbaz Şərif ilə görüşüb.

1836246
Rәcәb Tayyib Әrdoğan Şahbaz Şәriflә görüşüb

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Pakistan Baş naziri Şahbaz Şərif ilə görüşüb. Prezident İqamәtgahında baş tutan tәkbәtәk görüşdәn sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olub.

Pakistan Baş nazirinin Türkiyәyә etdiyi sәfәr çәrçivәsindә  iki ölkә arasında әmәkdaşlığa dair yeddi müqavilә imzalanıb. İmza mәrasimindәn sonra tәrәflәr birgә mәtbuat konfransı tәşkil ediblәr.

Mәtbuat konfransında çıxış edәn Rәcәb Tayyib Әrdoğan deyib:‘‘Türkiyə ilə Pakistan arasındakı dostluq və qardaşlıq tarixi bağlara әsaslanır. Müstəqillik uğrunda apardığımız mübarizә zamanı  Cənubi Asiya müsəlmanlarının verdiyi dәstәyi  heç vaxt unutmayacağıq. Milli Mübarizə illərində cehiz və zinət əşyalarını bizə bağışlayan pakistanlı qadınların fədakarlığını heç vaxt unutmamışıq. İki ölkә arasındakı münasibәtlәr  1947-ci ildən etibarәn dostluq və qardaşlıq zəminində inkişaf edir.  Bu il Türkiyə ilə Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümüdür. Baş tutan görüşlәrdә ikitərəfli münasibətlər, regional və qlobal məsələlər  müzakirə olunub. Biz həm ikitərəfli səviyyədə, həm də beynəlxalq platformalarda həmrəyliyi güclәndirmәk mәsәlәsindә qәtiyyәtliyik. Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası ilә bağlı fәaliyyәtlәr davam edir. Epidemiyaya baxmayaraq iki ölkә arasındakı ticarәt hәcmi 1 milyard dollardan çoxdur. İki ölkә arasındakı ticarәt hәcmini 5 milyard dolara çatdırmağı hәdәflәyirik. 2020-ci ilin fevralında İslamabadda imzaladığımız Strateji və İqtisadi Çərçivə sənədi ticarətdən müdafiə sənayesinə qədər bir çox sahәdә  davam edən sıx əməkdaşlığımızın əsasını təşkil edir. Xüsusilә turizm, təhsil, logistika, mülki aviasiya, rabitə və informasiya texnologiyaları kimi xidmət sektorlarında əməkdaşlığımızı inkişaf etdirməyə çalışırıq. İnanıram ki, cənab Şerifin bu gün iş adamları ilә  keçirdiyi görüşlər qarşılıqlı ticarət və investisiyalarımızın artmasına töhfə verəcək’’.

 



Әlaqәli Xәbәrlәr