Hulusi Akar pakistanlı həmkarı ilə görüş keçirib

Milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada Pakistanın müdafiə naziri Kavaca Məhəmməd Asif ilə görüşüb.

1836194
Hulusi Akar pakistanlı həmkarı ilə görüş keçirib

Milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada Pakistanın müdafiə naziri Kavaca Məhəmməd Asif ilə görüşüb.

Akar Pakistanın Baş naziri Şahbaz Şərifin rəsmi səfəri çərçivəsində Türkiyəyə gələn Asifi Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb.

Asif xatirə dəftərini imzaladıqdan sonra iki nazir nümayəndə heyətləri arasında görüşlərə başçılıq ediblər.

İkitərəfli münasibətlər, regional müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi, müdafiə sənayesində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə Akarın Türkiyə ilə Pakistan arasında dərin əlaqələr olduğunu, hərbi əməkdaşlığın daha da artırılmasının əhəmiyyətini vurğuladığı bildirilib.



Әlaqәli Xәbәrlәr