Türkiyə ilə Bolqarıstan arasında hərbi sahədə yeni addımlar

Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər Bolqarıstana səfərə gedib

1835278
Türkiyə ilə Bolqarıstan arasında hərbi sahədə yeni addımlar

Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər Bolqarıstana iki günlük rəsmi səfəri çərçivəsində ​​ev sahibi Baş Qərargah rəisi admiral Eftim Eftimov və müdafiə naziri Draqomir Zakov ilə görüşüb.

Bolqarıstan Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, general Gülərin Bolqarıstana səfəri dünən başlayıb. ​Qeyd edilib ki rəsmi qarşılama mərasimindən sonra Nazirlikdə baş tutan ikitərəfli görüşlərdə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri, o cümlədən fevralın 24-dən Ukraynada davam edən müharibə ilə əlaqədar NATO müttəfiqi ölkələrə qarşı yaranan təhdidlər dəyərləndirilib.

Tərəflər Rusiyanın Ukraynaya hücumuna cavab olaraq NATO-nun şərq cinahında və xüsusilə Qara dəniz regionunda bütün ölkələr arasında əməkdaşlığın artırılması və koordinasiyasının zəruriliyi barədə razılığa gəliblər.

Kollektiv təhlükəsizlik sistemində strateji tərəfdaş və müttəfiq olan Türkiyə ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Vurğulanıb ki, NATO-nun artan sayıqlığı səbəbindən bölgədəki çoxmillətli hərbi birləşmələr arasında iş ahəngdarlığı artırılmalıdır.

Bolqarıstan və Türkiyənin Balkanlar regionunda təhlükəsizlik və sabitliyin qorunması ilə bağlı birgə səylərinin müzakirə edildiyi danışıqlarda ikitərəfli hərbi əməkdaşlığın ənənəvi olaraq yaxşı səviyyədə olduğuna da diqqət çəkilib.



Әlaqәli Xәbәrlәr