Türkiyə Əl-Əqsa məscidinə basqınlara reaksiya verib

XİN İsrail parlamentinin deputatı İtamar Ben-Qvir və İsrail polisinin himayəsində olan fanatik yəhudi qruplarının Əl-Əqsa məscidinə basqın etməsinə reaksiya verib.

1834358
Türkiyə Əl-Əqsa məscidinə basqınlara reaksiya verib

Xarici İşlər Nazirliyi İsrail parlamentinin deputatı İtamar Ben-Qvir və İsrail polisinin himayəsində olan fanatik yəhudi qruplarının Əl-Əqsa məscidinə basqın etməsinə reaksiya verib.
Nazirlikdən verilən yazılı açıqlamada “İsrailli millət vəkili İtamar Ben-Qvir və fanatik yəhudi qruplarının İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqın etməsi və bu bölgədə ibadət cəhdlərinə əl atması Hərəmi Şərif və Məscid-i Əqsadakı status-kvonun açıq şəkildə pozulmasıdır” deyə bildirilib.

Açıqlamada “İsrail hökumətini müqəddəs yerlərdə status-kvonu qorumaq üçün tədbirlər görməyə dəvət edir və təxribat xarakterli hərəkətlərə yol verməməyə çağırışımızı bir daha bildiririk” deyilib.



Әlaqәli Xәbәrlәr