İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyə səfəri başlayır

İsveç və Finlandiya nümayəndə heyətləri NATO-ya üzvlük müraciətlərinə dair danışıqlar aparmaq və məsləhətləşmək üçün Türkiyəyə gəlirlər.

1832071
İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyə səfəri başlayır

TRT xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, İsveç Baş Nazirlik Ofisinin dövlət katibi Oscar Stenström və Finlandiya Xarici İşlər Nazirliyinin müşaviri Jukka Salovaara başda olmaqla İsveç və Finlandiya nümayəndə heyətləri paytaxt Ankarada səfərdə olacaqlar.

Stenström və Salovaaranın rəhbərliyindəki nümayəndə heyətləri Türkiyəyə səfər çərçivəsində Prezidentin sözçüsü səfir İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq edəcəyi nümayəndə heyəti ilə bir araya gələcək. Görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərinə dair danışıqlar aparılacaq. Görüş Türkiyə vaxtı ilə saat 13.00-da Prezident Kompleksində baş tutacaq.

 



Әlaqәli Xәbәrlәr