Prezident Rəcəb Tayyib Ərdoğan BƏƏ lideri Al Nahyanın vəfatı ilə bağlı başsağlığı verib

Prezident Rəcəb Tayyib Ərdoğan vəfat edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyana Allahdan rəhmət diləyib.

1826685

Prezident Ərdoğan İstanbulda gündəmlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

Ərdoğan Al Nahyanın ölümü ilə bağlı bunları deyib:

“BƏƏ lideri Al Nahyan uzun müddətdir davam edən xəstəlikdən əziyyət çəkirdi. Bu gün isə rəhmətlik olub. Qəbri nurla dolsun" deyib.

BƏƏ-nin "WAM" rəsmi agentliyi Prezident İşləri Nazirliyinə istinadən 74 yaşlı Al Nəhyanın dünyasını dəyişdiyini açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada ölkədə 40 günlük rəsmi matəm elan edildiyi və bayraqların yarıya qədər endiriləcəyi qeyd edildikdə, nazirliklərdə, dövlət idarələri və digər yerlərdə isə işlərin 3 gün müddətinə dayandırılacağı bildirilib. 

BƏƏ-nin ilk prezidenti Zayed bin Sultan Al Nəhyanın böyük oğlu Xəlifə bin Zayed 2004-cü ildə atasının ölümündən sonra vəzifəsinin icrasına başlayıb.

Әlaqәli Xәbәrlәr