Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin Əfqanıstana humanitar yardımı davam edir

Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Əfqanıstanın Bamyan vilayətində ehtiyacı olan 350 ailəyə ərzaq yardımı edib.

1824160
Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin Əfqanıstana humanitar yardımı davam edir

Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Əfqanıstanın Bamyan vilayətində ehtiyacı olan 350 ailəyə ərzaq yardımı edib.

Türkiyədən Əfqanıstana humanitar ehtiyacların ödənilməsinə töhfə vermək üçün göndərilən 4-cü “Yaxşılıq qatarları”nın daşıdığı yardımın bir hissəsi burada yaşayan 350 ailəyə mərasimlə çatdırılıb.

Mərasimdə çıxış edən Türkiyənin Kabildəki səfiri Cihad Erginay prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbərliyi ilə təşkil edilən və Əfqanıstana göndərilən “Yaxşılıq qatarları”nın apardığı yardım materiallarının ölkənin hər yerinə çatdırıldığını deyib. 

Bamyan valisi Mövləvi Abdullah Serhadi də Türkiyənin İslam coğrafiyasında baş verən humanitar böhranlarda hər zaman müsəlmanların yanında olduğunu ifadə edərək, Əfqanıstana edilən yardımlara görə Türkiyə və Türkiyə qurumlarına təşəkkür edib.



Әlaqәli Xәbәrlәr