2022-ci ilin ilk rübündə İstanbula gələn xarici qonaq sayı

Bu barədə İstanbul şəhər Mədəniyyət və Turizm Baş İdarəsi məlumat yayıb

1823705
2022-ci ilin ilk rübündə İstanbula gələn xarici qonaq sayı

 

  2022-ci ilin ilk üç ayı ərzində İstanbula 2 milyon 904 min 460 xarici qonaq gəlib. Bu barədə İstanbul şəhər Mədəniyyət və Turizm Baş İdarəsi məlumat yayıb.

  Bildirilib ki, bu üç ay ərzində şəhərə gələn turistlər mart ayında çoxluq təşkil edib. Bu ayda meqapolisə gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 112 faiz artışla 1 milyon 156 min 400 nəfər olub. Onlardan 1 milyon 153 min 138-i hava, 3 min 262-i isə dəniz yolu vasitəsilə şəhərə gəlib.

Hava yolu ilə gələn xarici ölkə vətəndaşlarının 70,40 faizi şəhərə İstanbul hava limanıdan giriş edib.

Ümumiyyətlə, mart ayında İstanbula 192 ölkədən turist gəlib. Onların arasında İran vətəndaşları çoxluq təşkil edib.



Әlaqәli Xәbәrlәr