Rizə-Artvin Hava Limanına ilk enişi Ərdoğan və Əliyevin təyyəraləri reallaşdıracaq

Ərdoğan və Əliyevin təyyarələri Rizədən 34 kilometr, Hopadan 54 kilometr, Artvindən 125 kilometr məsafədə yerləşən Pazar rayonundakı hava limanına ilk eniş edəcək.

1822997
Rizə-Artvin Hava Limanına ilk enişi  Ərdoğan və Əliyevin təyyəraləri reallaşdıracaq

Mayın 14-də Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Türkiyənin dəniz sahili ilə inşa edilən ikinci uçuş-enmə zolağı olan Rizə-Artvin Hava Limanının açılışı olacaq.

Ərdoğan və Əliyevin təyyarələri Rizədən 34 kilometr, Hopadan 54 kilometr, Artvindən 125 kilometr məsafədə yerləşən Pazar rayonundakı hava limanına ilk eniş edəcək.

İki qardaş ölkənin liderlərini daşıyan təyyarələr eniş zolağına endikdən sonra mərasim sahəsinə gedilərək Rizə-Artvin hava limanının açılışı reallaşdırılacaq.

Açılışdan sonra prezident Ərdoğan, Əliyev və digər qonaqlar şərəfinə ziyafət verəcək.



Әlaqәli Xәbәrlәr