Ərdoğan: “Verdiyimiz vədləri ümumilikdə yerinə yetirdik"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Çatalca rayonunda xalqa müraciət edib.

1823218
Ərdoğan: “Verdiyimiz vədləri ümumilikdə yerinə yetirdik"

"Yola çıxarkən təhsil, səhiyyə, ədalət, təhlükəsizlik, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində verdiyimiz vədləri ümumilikdə yerinə yetirdik".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Çatalca rayonunda xalqa müraciətində deyib. 

Hazırda Türkiyədə 207 universitetin olduğunu ifadə edən Ərdoğan deyib:

"Yola çıxarkən təhsil, səhiyyə, ədalət, təhlükəsizlik, enerji, nəqliyyat, kənd təsərrüfatı, bütün bu sahələrdə böyük vəd vermişdik. Allaha şükürlər olsun ki, biz bu vədləri ümumilikdə yerinə yetirdik. Səhiyyədə xəstəxanalarımızda atdığımız addımlarla, təhsildə atdığımız addımlarla Türkiyədə fəaliyyvt göstərən 76 universitet sayını 207 universitetəçıxardıq.Universitet olmayan şəhərimiz qalmayıb".



Әlaqәli Xәbәrlәr