Mustafa Şentop: Avropa köç məsələsində Türkiyəyə dəstək olmadı

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qərbin iki üzlü rəftarını tənqid edib.

1822095
Mustafa Şentop: Avropa köç məsələsində Türkiyəyə dəstək olmadı

"Qanunsuz miqrasiya qlobal problemdir. Qərb bu məsələdə əməkdaşlıq etməlidir". 
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İstanbulda Ramazan bayramı münasibətilə təşkil edilən tədbirdə deyib. 

Şentop Qərbin iki üzlü rəftarını tənqid edib. O bildirib ki, qeyri-qanuni miqrasiyaya görə hər kəs məsuliyyət daşımalıdır.

M.Şentop "Uzun illərdir nizamsız miqrasiya ilə bağlı yaşadığımız, buna yalnız uzaqdan baxan, çağırışlarımıza cavab verməyən, kifayət qədər dəstəyi olmayan Avropa ölkələri indi burunlarının dibində daha ciddi bir problemlə qarşı-qarşıyadır" deyib. 

Şentop köç probleminin həlli ilə bağlı təkliflərini təkrarlayaraq sözlərini belə davam etdirib:

"Köç dediyimiz bir ölkənin problemi deyil. Bu, qlobal problemdir. Və biz yəqin ki, bunun başlanğıc mərhələsindəyik. Nə etməli? Əslində bunun həlli bəsitdir. Burada döyüşməyəcəksiniz, münaqişə etməyəcəksiniz. İnsanların doğulduqları torpaqlarda təhlükəsizliyi, əmin-amanlığı və inamlarına uyğun şəkildə yaşaya biləcəkləri mühit yaratmaq vacibdir".



Әlaqәli Xәbәrlәr