Türkiyə Qırmızı Aypara Cəmiyyəti Əfqanıstanda iftar verib

Türkiyə Qırmızı Aypara Cəmiyyətinin Əfqanıstan Nümayəndəliyi paytaxt Kabildə yetim və yoxsullara iftar verib.

1817938
Türkiyə Qırmızı Aypara Cəmiyyəti Əfqanıstanda iftar verib

Türkiyə Qırmızı Aypara Cəmiyyətinin Əfqanıstan Nümayəndəliyi paytaxt Kabildə yetim və yoxsullara iftar verib.

Kabilin Afşar bölgəsində təşkil edilən iftar süfrəsində Türkiyənin Kabildəki səfiri Cihad Erginay, Türkiyə Qırmızı Aypara Aypara Cəmiyyətinin Əfqanıstandakı nümayəndə heyətinin rəhbəri Ferit Ziya, Əfqanıstan Qızıl Aypara rəsmiləri və qonaqlar iştirak ediblər.

Türkiyənin Kabildəki səfiri Erginay iftardan əvvəl kimsəsiz uşaqlarla maraqlanaraq, uşaqlara biskvit paylayıb.

Mərasimdə çıxış edən Türkiyənin Qırmızıl Aypara Cəmiyyətinin Əfqanıstan Nümayəndəliyinin rəhbəri Ferit Ziya Ramazan ayı fəaliyyətləri çərçivəsində indiyədək 6 vilayətdə kimsəsiz və ehtiyacı olan ailələr üçün iftar proqramları təşkil etdiklərini bildirib.

İftar proqramlarının Ramazan ayının sonuna qədər davam edəcəyini ifadə edən F.Ziya kimsəsiz və yoxsul ailələrə 600 nəfərlik iftar verdiklərini bildirdi.

F.Ziya qeyd edib ki, Türkiyənin Qırmızı Aypara Cəmiyyəti olaraq Əfqanıstanda Ramazan ayında 15 min insana iftar verməyi hədəfləyirlər.

Fəaliyyətlər çərçivəsində 800 ailəyə ərzaq yardımı edildiyini ifadə edən Ziya dördüncü “Yaxşılıq Qatarı” ilə gələn yardımların paylanmasının davam etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr