Şırnakda üç terrorçu zərərsizləşdirilib

Türkiyə təhlükəsizlik qüvvələrinin Şırnakda həyata keçirdiyi “Eren Blokada-5” əməliyyatı çərçivəsində separatçı terror təşkilatı PKK üzvü 3 terrorçu zərərsizləşdirilib.

1817442
Şırnakda üç terrorçu zərərsizləşdirilib

Daxili işlər naziri Süleyman Soylu Twitter hesabında əməliyyata dair məlumat paylaşıb. Nazir: “Şırnakın Bestlər Dərələr bölgəsində pilotsuz uçuş aparatının (PUA) dəstəklədiyi əməliyyatda 3 terrorçu zərərsizləşdirilib”.

Nazir Soıylu açıqlamasında “Sən daha tükəndin gəl təslim ol” deyərək quldurlara çağırış edib.

Digər tərəfdən, Daxili İşlər Nazirliyi Mardin şəhərində "Eren Abluka-6" əməliyyatına başlanıldığını bildirib.

Nazirlikdən verilən açıqlamada PKK-nın ölkə gündəmindən çıxarılması və bölgədə sığındığı hesab edilən terrorçuların zərərsizləşdirilməsi məqsədilə həyata keçirilən “Eren Abluka-6” əməliyyatında 38 komandadan 569 şəxsi heyətin iştirak etdiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, ölkədə terrorun tamamilə aradan qaldırılmasına yönəlmiş blokada əməliyyatları xalqın dəstəyi ilə sədaqətlə və qətiyyətlə davam etdirilir.

İraqın şimalında aprelin 18-də başlayan "Pəncə-Kilit" əməliyyatında indiyədək 56 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə naziri Hulusi Akar dünən Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ​​və qüvvə komandirləri ilə sərhədin sıfır nöqtəsində yerləşən 3-cü Piyada Diviziyasının Taktiki Komandanlıq məntəqəsinə gedib.

Akar əməliyyatda iştirak edən birlik komandirləri ilə video konfrans keçirib.

Nazir Akar "Pəncə- Kilit" əməliyyatındakı son vəziyyətlə bağlı

""Pəncə-Kilit" əməliyyatında indiyədək 56 terrorçu zərərsizləşdirilib. Əməliyyatımız planlaşdırıldığı kimi böyük müvəffəqiyyətlə davam edir" deyib.



Әlaqәli Xәbәrlәr