Türkiyə Somalidə törədilən 2 terror aktını qınadı

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir...

1817034
Türkiyə Somalidə törədilən 2 terror aktını qınadı

 

  Türkiyə Somalinin paytaxtı Moqadişoda iftar vaxtı restorana və Türkiyə Rəcəb Tayyib Ərdoğan Eksperimental Xəstəxanasına (Türkiye Recep Tayyip Erdoğan Eğitim ve Araştırma Hastanesi) qarşı törədilən terror aktlarını pisləyib.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Aprelin 22-də Moqadişoda bir restoranda törədilən terror aktında 6 nəfərin həyatını itirməsi və 4 uşağın yaralanmasındən dərin kədərləndik.

  Ayın 23-də isə paytaxtdakı Türkiyə Rəcəb Tayyib Ərdoğan Eksperimental Xəstəxanasına hücum edilib. Yaralanan 4 uşaq adıçəkilən xəstəxanada müalicə olunur.

  Türkiyə bu qeyri-insani hərəkət olan terror aktlarını ən kəskin şəkildə qınayır, mənfur hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına, dost və qardaş Somali xalqına səbir, yaralılara isə şəfa diləyir.  

  Terrorla mübarizədə Türkiyə Somalinin yanında olmağa qətiyyətlə davam edir.”

  Xatırladaq ki, Moqadişonun Lido çimərliyində bir restoranda törədilən güclü partlayış nəticəsində təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 6 nəfər ölüb, 7-dən çox adam yaralanıb.



Әlaqәli Xәbәrlәr