BMT baş katibi Rusiyadan əvvəl Türkiyəyə səfər edəcək

BMT-dən verilən yazılı açıqlamada bildirilir ki...

1817004
BMT baş katibi Rusiyadan əvvəl Türkiyəyə səfər edəcək

 

  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Rusiya səfərindən əvvəl Türkiyəyə gələcək.

  BMT-dən verilən yazılı açıqlamada bildirilir ki, A.Quterreş aprelin 25-də Türkiyəyə səfər edəcək, paytaxt Ankaraya gələcək və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacaq.

  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş aprelin 26-da paytaxt Moskvada Rusiya prezidenti Vladimir Putin, 28-də isə Ukraynada prezident Vladimir Zelenski ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr