İndoneziyanın Ankaradakı yeni səfirlik binası xidmətə verildi

İndoneziya dövlət departamentinin rəhbəri Retno Marsudi Türkiyəyə səfəri çərçivəsində həmkarı Mövlud Çavuşoğlu ilə bir araya gəlib.

1816425
İndoneziyanın Ankaradakı yeni səfirlik binası xidmətə verildi

Çavuşoğlu və qonaq xarici işlər naziri Retno Marsudi görüşdən sonra İndoneziyanın Ankaradakı səfirliyinin yeni xidmət binasının açılış mərasiminə qatılıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu, İndoneziyanın xarici işlər naziri Retno Marsudi, Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş və İndoneziya səfiri Lalu Məhəmməd İqbalın iştirak etdiyi açılış mərasimində çıxış edib: “İndoneziya ilə ikitərəfli əlaqələrlə yanaşı, qlobal məsələlərdə də sıx əməkdaşlıq və məsləhətləşmələr aparılır. G-20 ölkələri olaraq ticarət və iqtisadi əlaqələr gündəliyin prioritet mövzuları arasında iştirak edir. İki ölykə arasında qarşılıqlı yüksək səviyyəli təmaslar başda olmaqla, ticarət, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığı gücləndirmək uğrunda səy göstəririk. İndoneziya xarici işlər naziri Marsudi də öz növbəsində deyib: “Səfirliyin inkişafında əməyi olan hər kəsə səmimi qəlbdən təşəkkür edirəm”.

İki nazir daha sonra səfirliyin yeni xidmət binasının açılışını reallaşdırıb.

 



Әlaqәli Xәbәrlәr