Mövlud Çavuşoğlu gündәmdәki aktual mövzuları qiymәtlәndirib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bildirib ki, Ukrayna böhranı ilә Türkiyәnin әhәmiyyәtini hәr kәs gördü.

1815503
Mövlud Çavuşoğlu gündәmdәki aktual mövzuları qiymәtlәndirib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bildirib ki, Ukrayna böhranı ilә Türkiyәnin әhәmiyyәtini hәr kәs gördü.

Özəl televiziya kanallarından birinә müsahibә verәn Mövlud Çavuşoğlu gündәmdәki aktual mövzuları qiymәtlәndirib.

Avropa və Amerika Birlәşmiş Ştatları  ilə əlaqələrin müsbət inkişaf etmәsi ilә gömrük ittifaqı, viza rejiminin sadәlәşdirilmәsi, dəmir vә polad mәhsullarına tәtbiq edilәn vergilərinin ləğvi  mövzularda konkret addımların atılıb-atılmadığı ilә bağlı sualı cavablandıran Mövlud Çavuşoğlu deyib: "Ukrayna böhranı ilə Türkiyənin əhəmiyyətini hər kəs gördü, lakin bu, müvəqqəti yanaşma olmamalıdır’’.

Mövlud Çavuşoğlu ABŞ-ın Türkiyәyә tәtbiq etdiyi CAATSA sanksiyaların lәğv edilmәsi mәsәlәsindә әlamәtlәrin olub-olmadığı ilә bağlı sualı belә cavablandırıb: ‘‘Bu mövzu ilә bağlı hәll yolları tapmağa çalışırıq. Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden ilә prezidentimiz Rәcәb Tayyib Әrdoğanın 2021-ci ilin oktyabr ayında İtaliyada keçirdiyi görüşdә Baydenin tәklif etdiyi strateji mexanizm qurulub. Nazir müavinlәri sәviyyәsindә paytaxt Ankarada görüş keçirdik. Mayın 18-dә isә nazirlәr sәviyyәsindә görüş keçirilәcәk’’.

Jurnalistin  ‘‘S-400’’ və ‘‘F-35’’ böhranının hәll olub-olmadığı ilә bağlı sualını cavablandıran  Mövlud Çavuşoğlu deyib: ‘‘Bu yanaşma davam edərsə, indi olmasa da, gələcəkdə  hәll olacağına inanıram’’.



Әlaqәli Xәbәrlәr