AFAD Ukraynaya daha iki yük maşını humanitar yardım göndərib

AFAD Krım Tatar Türk icmasına çatdırılmaq üçün Ukraynanın Lviv şəhərinə daha iki yük maşını humanitar yardım göndərib.

1815983
AFAD Ukraynaya daha iki yük maşını humanitar yardım göndərib

Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) Krım Tatar Türk icmasına çatdırılmaq üçün Ukraynanın Lviv şəhərinə daha iki yük maşını humanitar yardım göndərib.

AFAD tərəfindən edilən paylaşımda Rusiya-Ukrayna müharibəsi səbəbiylə fevralın 27-də başladılan humanitar yardım səfərbərliyi çərçivəsində AFAD-ın koordinatorluğunda Səhiyyə Nazirliyi, Bələdiyyələr, Türkiyənin Qırmızı Aypara Cəmiyyəti, özəl sektor və qeyri-hökumət təşkilatları tərəfindən bu günə qədər ümumilikdə 82 yük maşını humanitar yardım və səyyar mətbəx maşınının bölgəyə göndərildiyi bildirilib.

Digər tərəfdən, AFAD rəsmilərindən alınan məlumata görə, 5 nəfərdən ibarət AFAD Humanitar Yardım Qrupu humanitar ehtiyacların müəyyən edilməsi, humanitar yardımların həyata keçirilməsi məqsədilə Rumıniyanın Siret Sərhəd Məntəqəsi və Ukraynanın Lvov şəhərində işlərini davam etdirir. 

Fəaliyyətlər çərçivəsində indiyədək Rumıniya Siret Sərhəd Məntəqəsində təxminən 230 min humanitar yardım materialı paylanıb.

Rumıniya-Ukrayna Siret sərhəd məntəqəsində yaranan humanitar ehtiyaclar çərçivəsində 12-18 Mart tarixlərində AFAD-ın koordinasiyasında 1 səyyar mətbəx yük maşını ilə xidmət göstərilib. Qiymətləndirmə çərçivəsində 20 mart 2022-ci il tarixindən etibarən Ukraynanın Lviv şəhərində isti yeməklər verilməyə davam edilir.



Әlaqәli Xәbәrlәr