Hulusi Akar terrorla mübarizə ilə əlaqədar məlumat verib

İraqın şimalında bölücü terror təşkilatı PKK-ya qarşı keçirilən "Pəncə-Kilid" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 30-a yüksəlib.

1815327
Hulusi Akar terrorla mübarizə ilə əlaqədar məlumat verib

İraqın şimalında bölücü terror təşkilatı PKK-ya qarşı keçirilən "Pəncə-Kilid" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 30-a yüksəlib.

Milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada keçirilən "Pəncə-Kilid" əməliyyatı ilə bağlı açıqlamalar verib.

Əməliyyatda indiyədək 30 terrorçunun zərərsizləşdirildiyini qeyd edən nazir Akar deyib:

"Prosesi şəffaf şəkildə paylaşırıq. (Əməliyyat) Bazar günü axşamdan uğurla davam edir. Hədəflər böyük əzmlə ələ keçirildi. Mağaralar, sığınacaqlar ələ keçiriləcək". 

Əməliyyatın birinci mərhələsinin tamamlandığını vurğulayan Akar “İki şəhidimiz var. Mehmetçik ön cəbhədə irəliləyir, onlara minnətdarıq. Terrorçular hansı daşın altında olarsa olsunlar qurtulmaları mümkün deyil. Məqsədimiz millətimizi terror bəlasından xilas etməkdir” ifadələrindən istifadə edib.

Milli Müdafiə Nazirliyi də sosial media hesabından əməliyyat zamanı aşkar edilən 200 və 300 metr uzunluğunda iki ayrı mağarada (terrorçulara aid) çoxlu sayda silah və sursatın ələ keçirildiyini açıqlayıb.

Nazirlikdən verilən digər açıqlamada isə, Türkiyə komandolarının Suriyanın "Sülh çeşməsi", "Zeytun budağı" və "Fərat qalxanı" bölgələrində hücuma hazırlaşan 9 PKK/YPG terrorçusunu zərərsizləşdirdiyi bildirilib.

Açıqlamada "Şəhidlərimizin qanı yerdə qalmadı, qalmır və qalmayacaq. Terrorçuları qazdıqları çuxurlarda quylamağa davam edəcəyik" deyilib.



Әlaqәli Xәbәrlәr