Türkiyə İsveçdə Qurani-Kərimin yandırılmasını qınadı

Türkiyə İsveçdə İslam düşmənlərinin Quranı yandırmaq hərəkətlərini pisləyib.

1814087
Türkiyə İsveçdə Qurani-Kərimin yandırılmasını qınadı

Türkiyə İsveçdə İslam düşmənlərinin Quranı yandırmaq hərəkətlərini pisləyib.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada "Bu mübarək Ramazan ayında dünyanın müxtəlif yerlərində İslama, müsəlmanlara, Qurana və ibadət ocaqlarına qarşı edilən hücumları və təxribatları bir daha ən şiddətli şəkildə pisləyirik” deyilib.

Açıqlamada bildirilib ki, son hadisə kimi İsveçdə müqəddəs kitabımız olan Qurana qarşı törədilən iyrənc hücumlar göstərdi ki, keçmişdən heç bir dərs alınmayıb, İslam əleyhinə və irqçi təxribat xarakterli hərəkətlərin qarşısını almaqda hələ də tərəddüd var və nifrət cinayətləri İfadə azadlığına adı altında açıq-aşkar şəkildə göz yumulur.

Türkiyənin anti-islam və irqçi zehniyyətin yaratdığı təhlükəyə qarşı mübarizəsini davam etdirəcəyi vurğulanan açıqlamada "Bu çərçivədə bütün ölkələri və beynəlxalq təşkilatları islamafobiya və irqçiliyə qarşı lazımi tədbirləri görməyə dəvət edir, bu təhlükəyə qarşı təsirli və çəkindirici addımların sürətlə atılmasını, məsul şəxslərin məsuliyyətə cəlb olunmasını gözləyirik” deyilib.



Әlaqәli Xәbәrlәr