Prezident Məscidül-Əqsada törədilən hadisələrə münasibət bildirib

Prezident, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının qərargahında xarici ölkə nümayəndələrinə  verilən iftar yeməyində  çıxış edib.

1814153
Prezident Məscidül-Əqsada törədilən hadisələrə münasibət bildirib

Prezident Ərdoğan çıxışında İsrail əsgərlərinin Qüdsdəki Məscidül-Əqsaya təşkil etdikləri hücuma toxunub: “Məscidül-Əqsada nə edildiyini görürük. Bu, bizim üçün üzüntü mənbəyidir. Ümid edirəm ki, gələcəkdə bir daha  belə hadisələr cərəyan etməyəcək. Türkiyə, ümmətin qanayan yarası olan Fələstin davasına və fələstinli qardaş və bacılarımıza bütün imkanlarımızla dəstək verməkdə davam edəcək.

Qeyd edək ki, İrqçi  yəhudilər 15 apreldə başlayan və bir həftə davam edəcək Pasxa bayramı üçün İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqınlarını artırır. Məscidül-Əqsadakı basqınlara təkbirlərlə reaksiya verməyə çalışan fələstinlilər İsrail qüvvələrinin müdaxiləsinə məruz qalırlar.



Әlaqәli Xәbәrlәr