F. Altun ‘‘Ukraynadakı müharibәnin regional vә humanitar tәsirlәri’’ adlı konfransda çıxış edib

Fәxrәddin Altun deyib ki, Türkiyә ‘‘sabitlәşdirici güc’’ olaraq üzәrinә düşәni bu günәdәk etdiyi kimi bundan sonra da etmәyә davam edәcәk.

1812401
F. Altun ‘‘Ukraynadakı müharibәnin regional vә humanitar tәsirlәri’’ adlı konfransda çıxış edib

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlәqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun deyib ki, Türkiyә ‘‘sabitlәşdirici güc’’ olaraq üzәrinә düşәni bu günәdәk etdiyi kimi bundan sonra da etmәyә davam edәcәk.

Fәxrәddin Altun paytaxt Ankarada Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlәqәlәr İdarәsindә ‘‘Ukraynadakı müharibәnin regional vә humanitar tәsiri’’adı altında tәşkil edilәn konfransda çıxış edib.

Fәxrәddin Altun Ukrayna ilә Rusiya arasında fevralın 24-dә başlayan müharibәnin başda Avropa olmaqla bütün dünya üçün son dövrün әn dağıdıcı hadisәlәrdәn biri olduğunu ifadә edib.

Ukrayna böhranı zamanı Türkiyәnin vasitәşilik sәylәrinә toxunan Fәxrәddin Altun deyib: 

"Əslində bu, prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyindә yürüdülәn Türkiyәnin xarici siyasətinin  illərdir diqqətdən kənarda qalan uğurlarının son həlqəsidir. Bizim hər iki tərəfin eyni anda güvəndiyi bir aktyora çevrilməyimiz bu böhranla bağlı illərdir tutduğumuz mövqenin nəticəsidir”.

Bu cür böhranların hərbi yolla həllinin mümkün olmadığını ifadә edәn Fәxrәddin Altun deyib:

“Bizim ilkin prioritetimiz münaqişәnin sona çatmasıdır vә atәşkәsin tәmin edilmәsidir.Mülki vәtәndaşların hәdәf alınmasını qәtiyyәtlә qınayırıq. Türkiyə olaraq diplomatik görüşlәrin, dialoqların və danışıqların böhranı aradan qaldıracaq vasitələr olduğuna inanırıq”.



Әlaqәli Xәbәrlәr