İbrahim Kalın Ettore Seqyü ilә görüşüb

Türkiyә Prezidentinin sözçüsü İbrahim Kalın dünən İtaliya Xarici İşlər Nazirliyinin baş katibi Ettore Seqyü ilə görüşüb.

1811469
İbrahim Kalın Ettore Seqyü ilә görüşüb

 

Türkiyә Prezidentinin sözçüsü İbrahim Kalın dünən İtaliya Xarici İşlər Nazirliyinin baş katibi Ettore Seqyü ilə görüşüb.

Türkiyә Prezidenti Administrasiyasının mәtbuat xidmәtindәn verilәn mәlumata әsasәn, görüş Prezident İqamәtgahında baş tutub. Görüşdә ikitәrәfli münasibәtlәr, Rusiya ilә Ukrayna arasındakı müharibә vә Liviyadakı proseslәr müzakirә olunub.

Ukraynadakı son vәziyyәtin  gündəmə gәldiyi görüşdә müharibənin ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və qlobal iqtisadiyyata təsirləri qiymәtlәndirilib, hәmçinin ukraynalı qaçqınların sayının artması ilə bağlı narahatlıq dilә gәtirilib.

Türkiyə ilə İtaliya arasında dərin münasibətlərin olduğu vurğulanan görüşdə ikitərəfli ticarətin həcminin qısa muddәtdә  30 milyard dollara çatdırılmasının vacibliyi vurğulanıb və müdafiә ilә enerji sahәsindә iki ölkə arasında əməkdaşlığın inkişaf edәcәyi bildirilib.



Әlaqәli Xәbәrlәr