Hulusi Akar Mariupol şəhərindəki təxliyələr barədə bəyanat verib

Milli müdafiə naziri Hulusi Akar prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dünən keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

1811847
Hulusi Akar Mariupol şəhərindəki təxliyələr barədə bəyanat verib

"Ukraynanın Mariupol şəhərindəki türklərlə birlikdə digər mülki vətəndaşların Rusiya və Ukraynanın müdafiə nazirlikləri ilə daimi əlaqə saxlayırıq. Yaxın günlərdə bununla bağlı bəzi müsbət irəliləyişlərin olacağını gözləyirik". 

Bunu milli müdafiə naziri Hulusi Akar prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dünən keçirilən Nazirlər Kabinetinin iclasından sonra mövzu ilə bağlı açıqlamasında deyib. 

"Türkiyə olaraq orada təhlükəsiz təxliyələr üçün edilməsi lazım olan hər şeyi, gəmi ayrılması daxil. etmişik və edirik. Yaxın günlərdə bununla bağlı müəyyən müsbət irəliləyişlər gözləyirik. Orada son vaxtlar humanitar vəziyyət pisləşib"-deyə H.Akar bildirib. 

Nazir Akar deyib ki, türklərlə birlikdə bütün mülki insanları təxliyə etmək üçün hər cür hazırlığı gördük. İkili məsələ var, şəhərin bir hissəsi Rusiya, bir hissəsi də Ukraynanın nəzarətindədir. Nəticədə, humanitar baxımdan nə etmək lazımdırsa, ona nail olmağa çalışırıq.

Akar Amerika Birləşmiş Ştatlarından (ABŞ) F-16-ların tədarükü ilə bağlı son vəziyyətlə bağlı deyib:

"Bizim "Viper" adlı 70 ədəd F-16 blokuna ehtiyacımız var. Ancaq əlimizdə olan F-16-ların modernləşdirilməsinə ehtiyac var. "Xarici Hərbi Satışlar" çərçivəsində prosesə başlamışıq. ABŞ Müdafiə Nazirliyindəki proses ABŞ Dövlət Departamenti ilə davam edir. 

Hulusi Akar ABŞ Dövlət Departamentinin Konqresdən gələn suala cavabını ehtiva edən məktubla bağlı, "Sözügedən məktubda bəzi müsbət məqamlar olsa da, ehtiyatlı olmaq lazımdır. Bu, uzun bir prosesdir, ümid edirik ki, bu müsbət  nəticələnəcək" ifadələrdən istifadə edib.

Nazir Akar Türkiyə, Fransa və İtaliyanın birgə SAMP-T raket layihəsi ilə bağlı deyib:

"Cənab prezidentimiz mövzuyla bağlı Fransa prezidenti Makron və İtaliyanın baş naziri Draqi ilə biz də  iki ölkənin müdafiə nazirləri ilə danışdıq. Bu məsələ ilə bağlı üçtərəfli görüşə ehtiyac var, lakin hazırda Fransada seçki prosesi gedir. Bundan sonra arzumuz bir yerdə görüşmək və daha əvvəl başlayan prosesin müsbət nəticələnməsidir”.



Әlaqәli Xәbәrlәr