“Türkiyə artıq rol alan deyil, yönəldən ölkədir”, F.Altun

“Star” qəzetinə verdiyi müsahibədə F.Altun deyib ...

1809851
“Türkiyə artıq rol alan deyil, yönəldən ölkədir”, F.Altun

 

  Türkiyə Prezident Aparataı İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Fəxrəddin Altun Türkiyənin həm qlobal, həm də regional böhranların həlli istiqamətində atdığı addımlara diqqət çəkib.

  “Star” qəzetinə verdiyi müsahibədə F.Altun deyib: “Türkiyə artıq suveren güclərin qurduğu oyunda rol oynayan deyil, oyun qurucu bir ölkədir. Bölgəsində müharibə, ağrı və göz yaşlarına səbəb olan oyunları pozan, insanları və humanitar dəyərləri ön planda tutan, sülh mərkəzli xarici siyasət yürüdən bir Türkiyə var. Qlobal mənda da biz sülhün və ədalətin təminatı olduğumuzu hər coğrafiyada hiss etdiririk.

  Beynəlxalq sistem böhranların həll edə bilmir bir yana, özü problemlərin bir parçasına çevrilib. Rusiya-Ukrayna müharibəsini götürək. Birləşmiş Millətlər Təşkilatı və NATO-nun vəzifəsi barışa xidmət etmək olsa da, mövcud vəziyyət bu qurumların öz işlərində nə dərəcədə uğurlu olub-olmadığını müzakirə mövzusuna çevirib. Yəni Rusiya-Ukrayna müharibəsində bütün bu reallıq üzə çıxıb.

  Böhranlarda beynəlxalq təşkilatlardan daha fəal və effektiv rol gözləyən Türkiyə bunun olmadığı sahələrdə təşəbbüskarlığını dayandırmayıb. Bu məqamda ölkəmiz sabitləşdirici güc kimi önə çıxıb.

  Türkiyə qlobal sülh üçün addımlar atır. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna böhranının həlli istiqamətində diplomatik səyləri səngimir.

  Bu gün Türkiyə regional problemlərdən başqa, qlobal böhranlara da münasibət bildirən, hərəkət edən və söylədiklərini həyata keçirən fəal bir diplomatiya aparır.

  Türkiyə xarici siyasətdə qabaqcıl və aktiv rolunu davam etdirmək əzmindədir.

  Beynəlxalq ictimaiyyətin siyasi və humanitar miqyasda səmimi görüşə ehtiyacı var.”



Әlaqәli Xәbәrlәr