Fahrettin Altun Ruanda qətliamını qınayıb

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fahrettin Altun Ruanda qətliamını qınayıb.

1809310
Fahrettin Altun Ruanda qətliamını qınayıb

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fahrettin Altun Ruanda qətliamını qınayıb.

Altun sosial media hesabında İslamofobiya və nifrət cinayətlərinə diqqət çəkib.

O, "Afrika tarixinə qara lәkә kimi düşmüş Ruanda qətliamını təəssürlə xatırlayır, dost Ruanda dövlətinin və xalqının kədərini bölüşürük" deyib.

Altun İslamofobiyaya da diqqət çəkib:

“Türkiyə olaraq irqçilik, ksenofobiya, islamafobiya və nifrət cinayətlərinin qlobal miqyasda yayılmasının qarşısını almaq üçün mübarizəmizi davam etdirəcəyik".

Xatırladaq ki, Ruandada 1994-cü ildə təxminən yüz gün ərzində 800.000 tutsi və mötədil hutu ekstremist hutular tərəfindən öldürülüb.



Әlaqәli Xәbәrlәr