“Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı ABŞ-ın maraqlarına uyğundur”

ABŞ Dövlət Departamenti bildirib

1808471
“Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı ABŞ-ın maraqlarına uyğundur”

 

  Amerika Birləşmiş Ştatları Türkiyəyə F-16 döyüş təyyarələrinin satışının ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olduğunu və NATO-nun uzunmüddətli birliyinə xidmət edəcəyini bildirib.

  ABŞ Dövlət Departamenti F-16-ların Türkiyəyə satışı ilə bağlı konqresə məktub göndərərək "F-16-nın Türkiyəyə satışının ABŞ-ın maraqlarına uyğun olduğunu və NATO-nun uzunmüddətli birliyinə xidmət edəcəyini" yazıb.

  Məktubda rəsmi Ankara və Vaşinqton arasında münasibətlərin gərgin olduğu etiraf edilib, eyni zamanda, Türkiyənin Ukrayna ilə müdafiə əlaqələri “regiondakı zərərli təsirləri aradan qaldıran səy” kimi səciyyələndirilib.

  Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 10-da ABŞ prezidenti Co Baydenlə telefon danışığında Türkiyənin Amerikadan 40 yeni təyyarə almaq və mövcud F-16-ların modernləşdirilməsini əhatə edən tələbin tezliklə yekunlaşacağını gözlədiyini bildirmişdi. Ərdoğan Türkiyəyə qarşı bütün ədalətsiz sanksiyaların aradan qaldırılmasının da artıq vaxtının çatdığını söyləmişdi. Oktyabr ayında isə Türkiyə ABŞ-dan 40 “Lockheed Martin” istehsalı olan F-16 döyüş təyyarəsi və digər bənzər təyyarələr üçün 80-ə yaxın modernləşdirmə dəsti almaq üçün müraciət edib.



Әlaqәli Xәbәrlәr