Ərdoğan Tunisdəki hadisələrə münasibət bildirdi

Tunisdəki son proseslərlə bağlı Ərdoğan mətbuata belə açıqlama verib...

1807020
Ərdoğan Tunisdəki hadisələrə münasibət bildirdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisdəki hadisələrə münasibət bildirərək “Seçilmişlərin yerləşdiyi parlamentin buraxılması Tunisin gələcəyi üçün narahatlıqverici  və xalqın iradəsinə zərbədir” dedi.

  Tunisdəki son proseslərlə bağlı Ərdoğan mətbuata belə açıqlama verib: “2022-ci il martın 30-da Tunisdə Baş Assambleyanın sessiyasını keçirən Xalq Nümayəndələri Məclisinin buraxılması və iclasda iştirak edən deputatlar barəsində istintağa başlanılmasından təəssüf hissi keçiririk. Ümid edirik ki, bu hadisələr Tunisdə demokratik legitimliyin bərqərar olması istiqamətində davam edən keçid prosesinə zərər verməsin və seçkilər üçün açıqlanan yol xəritəsi düzgün həyata keçirilsin.

  Keçid prosesi ancaq milli iradənin təzahürü olan parlament də daxil olmaqla, cəmiyyətin bütün təbəqələrinin töhfəsi ilə əhatəli, mənalı, dialoqlu və uğurlu ola bilər.

  Demokratiya seçilmişlərin və təyin olunanların hörmətini təcəssüm etdirən bir sistemdir. Tunisdə baş verənləri demokratiyanın ləkəsi kimi görürük. Seçilmiş nümayəndələrin yerləşdiyi parlamentin buraxılması Tunisin gələcəyi üçün narahatlıqverici və Tunis xalqının iradəsinə zərbədir.

  Biz Türkiyə olaraq bu kritik prosesdə dost və qardaş olaraq Tunis və xalqının yanında olmağa davam edəcəyik".



Әlaqәli Xәbәrlәr