“Rusiya-Ukrayna müharibəsi qlobal ticarət tarazlığını da pozdu”, R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 24-dən başlayan Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə ümid etdiklərini söylədi

1806152
“Rusiya-Ukrayna müharibəsi qlobal ticarət tarazlığını da pozdu”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 24-dən başlayan Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə ümid etdiklərini söylədi.

  İstanbulda şəhid ailələri ilə iftar zamanı Ərdoğan deyib: “Biz yaxın siyasi, iqtisadi və tarixi əlaqələrimiz olan Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün böyük səylər göstəririk.

  Suriyada olan humanitar faciələr Ukraynada yaşanır.

  Vətəni qorumaq vacibdir.

  Mənfi nəticələrini Türkiyənin də hiss etdiyi Rusiya-Ukrayna müharibəsi qlobal ticarət tarazlığını da pozub. Tezliklə müharibənin sona çatmasını istəyirik”.



Әlaqәli Xәbәrlәr