“Ərdoğanın dövründə Türkiyə NATO üzvləri arasında ən suveren dövlət oldu”, D.Peskov

“Avropa pul xərcləyir, ABŞ isə qazanır”

1806148
“Ərdoğanın dövründə Türkiyə NATO üzvləri arasında ən suveren dövlət oldu”, D.Peskov

 

  Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov “Xüsusilə Ərdoğanın prezidentliyi dövründə Türkiyə NATO üzvləri arasında ən suveren dövlət oldu” deyib.

  Belarus dövlət televiziyasına müsahibəsində İstanbulda Rusiya və Ukrayna görüşlərindən danışarkən Türkiyə-Rusiya münasibətlərinə toxunan D.Peskov bildirib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük və güclü siyasi lider, Türkiyə isə böyük regional qüvvədir. Ərdoğan ölkəsinin maraqlarını müdafiə etməkdən güc alır.

  Türkiyə ilə əlaqələrimiz əladır, baxmayaraq ki, Rusiya ilə Türkiyə arasında münasibətlərdə fərqli baxışlar var və iki ölkə bəzən bir-birini tam başa düşə bilmir. Tərəfdaşlıq münasibətləri qarşılıqlı maraqlar əsasında davam edir və nəhəng iqtisadi layihələr həyata keçiririk.

  Regionda həmişə kifayət qədər böyük güc olan Türkiyə uzun illərdir NATO-nun üzvüdür. Amma xüsusilə Ərdoğanın prezidentliyi dövründə NATO üzvləri arasında Türkiyə ən suveren dövlət oldu.

  Türkiyə öz maraqlarını müdafiə etmək ənənəsinə malik ölkədir, NATO və Amerika Birləşmiş Ştatlarına “Rusiyaya qarşı sanksiyalarda iştirak etməyəcəyik və Rusiya ilə körpüləri yandırmayacağıq, çünki bu, bizə lazımdır” deyə bilir.

  Türkiyə ilə Rusiya arasında dialoqun davam etdirilməsi iki ölkə arasında iqtisadi əlaqələr üçün də böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında turizm və enerji sektorunda əməkdaşlığın inkişafına diqqət göstəririk.

  Bizim Türkiyə ilə yaxşı perspektivimiz var. Ərdoğanın öz və ölkəsinin maraqlarını müdafiə etməsi, sözlərinə əməletmə gücü və Avropa kimi müharibəyə qarışmamasından razıyıq.

  Avropalılar bu gün hadisələrin içindədir. Avropa pul xərcləyir, ABŞ isə qazanır. Rusiyaya qarşı incikliyinə görə Avropa öz ayağına güllə atır."



Әlaqәli Xәbәrlәr