“Bu layihədə dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edirik”, F.Dönmez

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez “Yavuz” qazma gəmisinin aprelin 4-də Qara dənizdə gərgin bir missiya icra edəcəyini söylədi

1800106
“Bu layihədə dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edirik”, F.Dönmez

 

  Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez “Yavuz” qazma gəmisinin aprelin 4-də Qara dənizdə gərgin bir missiya icra edəcəyini söylədi.

  Zonquldaqda inşası davam edən “Filyos” Təbii Qaz Emalı Zavoduna işlərlə tanış olmağa gedən nazir layihənin monitorinq mərkəzində icraçılarla qapalı görüş keçirib.

  Görüşdən sonra açıqlamalar verən Fatih Dönmez indiyə qədər təxminən 8 qazma işinin tamamlandığını bildirərək deyib: “Təkcə quyunun qazılması ilə kifayətlənmədik, onu hasilata hazırlamaq üçün də işləri davam etdirdik. Hazırda “Yavuz” qazma gəmimiz limandadır. Aprelin 4-dən etibarən kritik bir missiyada olacaq. Bu gün nəhəng yük təyyarəsi ilə ilk quyumuzun başına yerləşdirəcəyimiz bu sahədə suyun altındakı axını və təzyiqi idarə edəcək "Milad ağacı" (Christmas tree) adlandırılan su yatağı avadanlığı Türkiyəyə gəldi. İnşaallah, onu ən qısa zamanda “Filyos”a nəql edəcək, “Yavuz” qazma gəmilərimizə yerləşdirəcək və quyu başında da montajı sualtı robotlarla həyata keçirəcəyik. Bu layihədə dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edirik”.



Әlaqәli Xәbәrlәr