Rəcəb Tayyib Ərdoğan: "Çanaqqala döyüşləri böyük bir qəhrəmanlıq dastanıdır"

Prezident Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 107-ci ildönümü münasibətilə Şəhidlər abidəsi qarşısında təşkil edilən mərasimdə çıxış edib.

1798013
Rəcəb Tayyib Ərdoğan: "Çanaqqala döyüşləri böyük bir qəhrəmanlıq dastanıdır"
Erdoğan Çanakkale şehitler Abidesi1.jpg
Erdoğan Çanakkale şehitler Abidesi.jpg
Erdoğan Çanakkale şehitler Abidesi sancak.jpg

"Çanaqqala döyüşləri böyük bir qəhrəmanlıq dastanıdır".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 107-ci ildönümü münasibətilə Şəhidlər abidəsi qarşısında təşkil edilən mərasimdə çıxışı zamanı deyib.

Dövlət başısı Çanaqqala döyüşlərinin millətin vətənpərvərlik, fədakarlıq, mərdlik kimi yüksək keyfiyyətlərinin nümayiş olunduğu böyük qəhrəmanlıq dastanı olduğunu, İstiqlala vurğun bir xalqın 107 il əvvəl tarixin gedişatını dəyişdirdiyini bildirib.

Çanaqqalada imanlı ürəklər qarşısında dünyanın ən güclü ordularının məğlub olduğunu, işğal ruhu qaryısında inancın gəlib gəldiyini vurğulayan Ərdoğan deyib:

“Görüldü ki, canı bahasına vətənini, azadlığını qorumaq üçün bir xalqa qarşı dura biləcək güc və silah yoxdur. Türk milləti Çanaqqalada özünəməxsus mübarizəsi ilə bütün məzlumlara ümid verdi, bir çox müstəmləkə ölkəsi Çanaqqaladan aldıqları ilhamla öz mübarizələrinə başladı. Bu baxımdan Çanaqqala Zəfəri təkcə bizim deyil, yüz milyonlarla qardaşımızın, məzlum xalqlarımızın birgə qələbəsidir.
Çanaqqala millət olaraq əzəli və əbədi qardaşlığımızı və tale ortaqlığımızı əks etdirir və simvollaşdırır.
“Rəbbim bizləri şəhidlərimizin yolundan ayırmasın. 18 Mart Şəhidlər Günündə başda Anafartalar komandanı və Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal olmaqla bütün şəhidlərimizi yad edir, Allahdan rəhmət diləyirəm”.



Әlaqәli Xәbәrlәr