Türkiyənin xarici işlər naziri azərbaycanlı və amerikalı həmkarları ilə telefonda danışdı

Türkiyə Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentindən verilən məlumata görə...

1796879
Türkiyənin xarici işlər naziri azərbaycanlı və amerikalı həmkarları ilə telefonda danışdı

 

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı və amerikalı həmkarları Ceyhun Bayramov və Entoni Blinkenlə telefonla danışıb.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, M.Çavuşoğlu ilə C.Bayramov arasında olan söhbətdə Ukraynadakı son hadisələr və bu ölkədən təxliyələr müzakirə edilib.

  Çavuşoğlunun Blinkenlə telefon danışığında da ABŞ-Türkiyə ikitərəfli münasibətləri ilə yanaşı, Ukraynadakı son proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

  ABŞ Dövlət Departamenti sözügedən mövzu ilə bağlı bu məlumatı yayıb: "E.Blinken ABŞ-ın Ukrayna xalqına dəstəyi, eləcə də V.Putini məsuliyyətə cəlb etmək səyləri haqqında danışıb. O, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini, eləcə də Ukraynaya ehtiyac duyduğu zaman yardım etmək səylərini təqdir edib, təşəkkürünü çatdırıb."



Әlaqәli Xәbәrlәr