Brüsseldә sәfәrdә olan Hulusi Akar ikitәrәfli görüşlәr keçirib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәrinin iclasına qatılmaq üçün Belçikanın paytaxtı Brüsselә sәfәr edib.

1796631
Brüsseldә sәfәrdә olan Hulusi Akar ikitәrәfli görüşlәr keçirib
akar nato Turk askeri temsilciligi.jpg
ania anand-akar.jpg

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәrinin iclasına qatılmaq üçün Belçikanın paytaxtı Brüsselә sәfәr edib.

Türkiyәnin NATO-dakı daimi nümayәndәsi, sәfir Basat Öztürk vә digәr rәsmilәr tәrәfindәn qarşılanan Hulusi Akar NATO Daimi Nümayәndәliyi ilә Türkiyәnin Hәrbi Nümayәndәliyindә olub. Hulusi Akara burada görülәn işlәr barәdә mәlumat verilib.Hulusi Akar Rәcәb Tayyib Әrdoğanın liderliyi ilә beynәlxalq sәviyyәdә  Türkiyәnin çox mühüm işlәr gördüyünü vә ciddi uğurlara imza atdığını qeyd edib. Hulusi Akar işlәrin ciddi hәssaslıqla davam etdirilmәsinin vacibliyini vurğulayıb.

Digәr tәrәfdәn Hulusi Akar NATO-nun mәnzil-qәrargahında ikitәrәfli görüşlәr dә keçirib.

Türkiyәnin milli müdafiә naziri bu çәrçivәdә Kanada müdafiә naziri Anita Anand ilә görüşüb.

Görüşdә ikitәrәfli vә regional müdafiә vә tәhlükәsizlik sәnayesindә әmәkdaşlıq mәsәlәlәri әtrafında fikir mübadilәsi aparılıb. Mәlumata әsasәn, Hulusi Akar Türkiyəyə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini də vurğulayıb.



Әlaqәli Xәbәrlәr