Türkiyənin üçüncü “Yaxşılıq” qatarı Əfqanıstana çatıb

Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD)  koordinasiyası ilə müxtəlif qeyri-hökumət təşkilatları (QHT) ilə təşkil olunan üçüncü “Yaxşılıq" qatarı Əfqanıstana çatıb.

1795565

Fevralın 25-də paytaxt Ankaradan yola düşən 994 ton humanitar yardım materialı daşıyan qatar Türkmənistan sərhədindəki Turqundi sərhəd-keçid məntəqəsindən Əfqanıstana daxil olub.

Turqundi sərhəd-keçid məntəqəsində keçirilən mərasimdə çıxış edən AFAD Beynəlxalq Humanitar Yardım Qrupunun sədri Burhan Aslan üçüncü “Yaxşılıq" qatarında qida, ədyal və geyim materiallarının olduğunu bildirib.

Aslan materialların Heratda qablaşdırılaraq paylanmağa hazır vəziyyətə gətirilərək ilk növbədə 17 vilayətdə ehtiyacı olan 500 ailəyə paylanılacağını deyib.

Aslan qeyd edib ki, fevralın 7-də Əfqanıstana ilk “Yaxşılıq" qatarı yardım paketlərinin paylanması başa çatıb, ikinci “Yaxşılıq qatarı” yardım materiallarının paylanması isə yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Türkiyə, İran və Türkmənistan torpaqlarından keçərək Əfqanıstana çatan “Yaxşılıq" qatarı 4 min 168 kilometr yol qət edib.

Әlaqәli Xәbәrlәr