Ərdoğan: "Rusiya-Ukrayna böhranında daimi atəşkəsin əldə olunmasında səylərimizi davam etdirəcəyik"

Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı keçirib.

1795380
Ərdoğan: "Rusiya-Ukrayna böhranında daimi atəşkəsin əldə olunmasında səylərimizi davam etdirəcəyik"

Görüşdə əsasən Rusiya-Ukrayna böhranı ilə bağlı müzakirələr apardıq. Problemin həlli üçün diplomatik səylərin gücləndirilməsinin önəmi qeyd olundu. Daimi atəşkəsin təmin olunması istiqamətində səylərimizi yorulmadan davam etdirəcəyik. Mülki şəxslər üçün humanitar dəhlizlər yaradılmalıdır. Burada ən mühüm məsələ atəşin dayandırılmasıdır.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

Dövlət başçısı “NATO-nun iki müttəfiqi olaraq, narahatlıqlarımızın olduğunu təsdiqlədik. Biz həll yolunda diplomatik səyləri sürətləndirməyə razılaşdıq. Səylərimiz nəticəsində xarici işlər nazirimiz Mövlud Çavuşoğlunun da iştirak etdiyi görüşdə Rusiya və Ukraynanın xarici işlər nazirləri (Sergey Lavrov və Dimitro Kuleba) bir araya gəldi. Antalyada keçirilən diplomatiya sammiti mühüm uğurdur. Tərəddüd etmədən daimi atəşkəsin yaradılması üçün səylərimizi davam etdirəcəyik. Yaşadığımız təlatümlü dövrdə hesab edirəm ki, bizim yüksək səviyyəli məsləhətləşmə mexanizmlərimiz yenidən canlandırılmalıdır”ifadələrdən istifadə edib.

Ərdoğan bildirib ki, bölgəsində baş verən son hadisələr Türkiyənin təhlükəsizlik və enerji sahələrində əsas rol oynadığını sübut edib.

Ərdoğan Almaniya ilə ticarət həcmi ilə bağlı olaraq "2020-ci ildə 38 milyard dollar civarında olan ikitərəfli ticarət dövriyyəmiz 2021-ci ildə 41 milyard dolları keçdi. Bunu 50 milyard dollara çatdırmaqda qərarlıyıq" deyib.

Şolts da öz növbəsində “(Rusiyanın Ukraynaya hücumları) Atəşkəsin təmin edilməsi barədə həmfikirik. Türkiyənin diplomatik həllə töhfələrini alqışlayırıq. Ən vacib məsələ silahların susmasıdır. Silahlar mümkün qədər tez susdurulmalıdır. Ukraynanın ərazi bütövlüyünün qorunması çox vacibdir. Boğazların (Türkiyə tərəfindən) Montrö konvensiyasına uyğun olaraq bağlanması böhranın böyüməsinin qarşısını aldı” deyib.

Şolts Avropa İttifaqı ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın vacibliyini də vurğulayıb.



Әlaqәli Xәbәrlәr