“Baykar” ona “Bayraktar Kızılelma” adını verdi

“Baykar” texnologiya şirkətinin rəhbəri Səlcuq Bayraqdar (Selcuk Bayraktar) “Baykar”ın MİUS - Pilotsuz Döyüş Təyyarə Sistemi layihəsinə “Bayraktar Kızılelma” adının verildiyini açıqlayıb

1794662
“Baykar” ona “Bayraktar Kızılelma” adını verdi
bayraktar kizilelma.jpg
bayraktar kizilelma.jpg

 

  “Baykar Makina” tərəfindən milli və orijinal olaraq hazırlanmış pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın (Bayraqdar Qızıl alma) ilk prototipinin istehsal inkişaf modeli inteqrasiya xəttinə girdi.

  Şirkətdən verilən məlumata görə, “Baykar” pilotsuz döyüş təyyarəsi araşdırmalarında mühüm mərhələni geridə qoyub.

  “Bayraktar Kızılelma” aqressiv manevrləri və qabaqcıl süni intellekti ilə gələcəkdə döyüş meydanında təhlükəsizlik qüvvələrin ən güclü elementləri arasında yer alacaq.

  “Baykar” texnologiya şirkətinin rəhbəri Səlcuq Bayraqdar (Selcuk Bayraktar) “Baykar”ın MİUS - Pilotsuz Döyüş Təyyarə Sistemi layihəsinə “Bayraktar Kızılelma” adının verildiyini açıqlayıb.

  “Baykar” “Bayraktar Kızılelma”nın ilk uçuş sınağını 2023-cü ildə həyata keçirməyi planlaşdırır.



Әlaqәli Xәbәrlәr