“Bölgədə sabitliyin bərqərarı üçün Türkiyə lazımi bütün addımları atır”, H.Akar

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Ukraynada atəşkəsin ən qısa zamanda əldə olunmasının tərəfdarı olduqlarını vurğulayıb

1790601
“Bölgədə sabitliyin bərqərarı üçün Türkiyə lazımi bütün addımları atır”, H.Akar

 

  Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Ukraynada atəşkəsin ən qısa zamanda əldə olunmasının tərəfdarı olduqlarını vurğulayıb.

  Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ​​və Hərbi Dəniz Donanması komandanı admiral Adnan Özbal ilə İstanbulda keçirilən mərasimdə iştirak edən H.Akar buradakı çıxışında Ukraynada baş verənləri kədər və narahatlıqla izlədiklərini, humanitar böhran və ölüm hallarının qəbuledilməz olduğunu söyləyərək deyib: “Türkiyə bütün ölkələrin sərhədlərinə və suveren hüquqlarına hörmət edir.

  Bizim həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərimiz var. Türkiyə respublikası olaraq bu əlaqələri davam etdirərək atəşkəsin, sabitliyin, sülhün və əmin-amanlığın ən qısa zamanda bərqərar olması, danışıqlar yolu ilə iki ölkə arasındakı problemlərin həlli üçün başda prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla, gecə-gündüz demədən bütün səviyyələrdə danışıqlarımızı davam etdiririk.

  Bölgədə sülh və sabitliyin tezliklə bərqərar olması üçün Türkiyə lazımi bütün addımları atır.

  Türkiyə qarşılıqlı dialoqun mümkün qədər tez başlanılmasının tərəfdarıdır.

  Ukraynadakı Türkiyə vətəndaşlarının təhlükəsizliyi və onların vaxt itirmədən təxliyəsi bizimçün vacibdir. Ən azından, bütün bunların həyata keçirilməsi üçün təcili atəşkəs elan edilməlidir”.



Әlaqәli Xәbәrlәr